Donald Tramp: “Bu axşam möhtəşəm uğur qazandıq”

ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da ölkədə keçirilmiş aralıq seçkilərin ilkin nəticələrini şərh edib.

“Report” xəbər verir ki, ABŞ Prezidentinin fikrincə, seçkinin nəticələri uğurlu olub.

“Bu axşam möhtəşəm uğur qazandıq. Hamınıza təşəkkür edirəm!”, – D.Tramp “Twitter” səhifəsində yazıb.