Donald Tramp Böyük Britaniyanın səfirindən inciyib

Böyük Britaniyanın ABŞ-dakı səfiriKim Derrokun ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etdiyi hesabat qeydlərinin mediaya sızması ilə yaranmış qalmaqal fonunda rəsmi Vaşinqtonun bundan sonra səfirlə heç bir işi olmayacaq.

Türk.az xəbər verir ki, bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

“Daha onunla işimiz olmayacaq”, – ABŞ prezidenti mikrobloqunda yazıb.

Ağ ev rəhbəri həmçinin Böyük Britaniyanın Baş naziriTereza Meyitənqid edib.

“Hər zaman Tereza Meyin “Brexit” prosesinə rəhbərlik etmə üslubunu tənqid etmişəm. O və nümayəndələri görün nə qədər qarışıqlıq yaradıb? Gözəl Birləşmiş Krallıq üçün yaxşı xəbər odur ki, onların tezliklə yeni baş naziri olacaq”, – Tramp qeyd edib.

ƏvvəlkiMasallıda yük maşını ilə mikroavtobus toqquşub, 8 nəfər ölüb – YENİLƏNİB
NövbətiOqtay Əsədov: “Jurnalistlər bundan şou yaratmaq istəyir”