“Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədri Ağdamda hazırlıq səfərində olub

“Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağdam rayonunda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbirin keçirilməsi ” adlı layihənin rəhbəri Səməd Hətəmov layihə çərçivəsində Ağdam rayonunda hazırlıq səfərində olub.

Layihə rəhbərinin saytımıza verdiyi məlumata görə, 3 gün davam edən səfərdə Ağdam Musiqi Kollecinin direktoru, sənədşünaslıq namizədi, dosent Musayev Rəfail Hüseyn oğlu ilə, Ağdam sosial-iqtisad kollecinin direktoru Natiq Cavadovla, Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov və teatırın baş rejissoru Kərim Xançobanla, Ağdam rayon İcra Hakimiyyətində müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində Böyük məsləhətçi Fətəliyev Elminlə görüşlər olub. Görüş zamanı layihə çərçivəsində Ağdamda keçirilməsi nəzərdə tutulan tədbirin yüksək səviyyədə təşkil olunması və texniki tərəflər müzakirə edilib. Tədbirin Ağdam Dövlət Dram Teatrının səhnəsində keçirilməsi razılaşdırılıb.

Martın ayının 9-da başlayan səfər, mart ayının 11 başa çatıb.

Qeyd edək ki, layihənin icrasına fevral ayının əvvəlində start verilib. Layihənin müddəti 4 aydır. Layihə çərçivəsində Ağdam rayonunda birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, kollec tələbələrinin, orta məktəbin yuxari sinif şagirdlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən şəhid və qazilərimizi tərənnüm edən tədbir keçiriləcək, döyüş səhnələrindən müxtəlif kadrlar nümayiş etdiriləcək, 25 şəhid ailəsi və qazimizə suvenirlər təqdim ediləcək.