Doğma Yurda Qayıdış İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirtdi

20 avqust tarixində Doğma Yurda Qayıdış İctimai Birliyi Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Sosial İqtisad Kollecində gənclərə və yeniyetmələrə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi veteranlarının iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layıhəsi çərçivəsində : “Qəhrəman döyüşçülərin və şəhidlərin ictimaiyyət arasında təbliği” mözusunda Dəyirmi Masa keçirdi. DYQ sədri, layihə rəhbəri Səməd Hətəmov Dəyirmi Masa iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Prezident Aparatına, Ağdam rayon İcra Hakimiyyətinə, Sosial İqtisad Kollecinin rəhbərliyinə tədbirin təşkilatçılığında yardımçı olduqları üçün təşəkkürünü bildirdi. Layihə rəhbəri Dəyirmi Masada iştirak edən Qarabağ müharibəsi qazilərini tədbir iştirakçılarını təqdim etdi. Ağdam rayon Qarabağ Qazilər birlyinin sədri Şamil Əbilov, sədr müavini Mahir Rzayev, qazilər Rizvan Əliyev, Mehman Göyüşov və Bəxtiyar Qəhrəmonov dəvət üçün layihə rəhbərinə öz təşəkkürlərini bildirdilər. Sonra Dəyirmi Masanın 3-cü mövzusu ilə bağlı söz ekspert Rəfail Tağızadəyə verildi. Ekspert Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı Dəyirmi Masa iştirakçılarına geniş məlumat verdi. Bu münaqişə nəticəsində çoxsaylı insan itkisi haqqında çoxsaylı faktları Dəyirmi Masa iştirakçılarının diqqətinə çatdırdı. “Şəhidlik insanlığın zirvəsidir. Onlar tarix yazan qəhrəmanlardır. Hər bir azərbaycanlının borcudur ki, istər ölkə daxilində, istərsə də xaricdə bu tarixi şəxsiyyətlər haqqında məlumat versin. Ekspertin çıxışından sonra Dəyirmi Masanın gündəliyinə uyğun olaraq çay fasiləsi oldu. Fasilədən sonra Qarabağ qazisi Şamil Əbilov Dəyirmi Masa iştirakçılarına keçdiyi döyüş yolu, o cümlədən erməni vəhşilyi, Milli Qəhrəmanlarımız haqqında məlumat verdi. Daha sonra mövzu ətrafında müzakirələr başladı. Dəyirmi Masa iştirakçısı Xəlil Aslanov Ermənistan-Azərbaycan müharibəsində canında keçmiş şəhidlərimizin insanlıq nümunəsi olduqları haqqında çıxış etdi. Ekspert Dəyirmi Masa iştirakçılarını maraqlandıran suallara cavab verdi. Dəyirmi Masa 13.00-da başa çatdı.

DYQ Mətbuat Xidməti

Doğma Yurda Qayıdış İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirtdi
Doğma Yurda Qayıdış İctimai Birliyi sonuncu Dəyirmi Masanı keçirtdi