Dnepr hava limanına raket hücumu olub, xəsarət alanlar var

Aprelin 10-da Dnepr hava limanına raket hücumu olub, xəsarət alanlar var. Eyni zamanda, hava limanı ətrafındakı infrastruktur da dağıdılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Administrasiyasının rəhbəri Nikolay Lukaşuk “facebook” səhifəsində məlumat yayıb.

“Dnepr hava limanına raket hücumu zamanı Fövqəladə Hallar Dövlət Xidmətinin 5 əməkdaşı xəsarət alıb”, – deyə Lukaşuk əlavə edib.

Bundan əlavə, Novopavlovkda 1 mülki şəxs kasetli sursat götürərkən həlak olub.