Diyarbəkirdə atışma zamanı bir türk əsgəri şəhid olub, yaralananlar var

Diyarbəkirdə terrorçularla baş verən atışmada bir türk əsgəri şəhid olub, daha iki əsgər yaralanıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, terrorçularla atışma zamanı bir jandarm və daha iki əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olan jandarmın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda bölgədə terrorçulara qarşı əməliyyat davam edir.