Diplomatlar və əcnəbi jurnalistlər Şuşada tarixi-dini abidələri ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşeləri və əcnəbi jurnalistlər Şuşada tarixi-dini abidələri ziyarət ediblər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

Səfər çərçivəsində mətbuat attaşeləri Xan qızı Natəvanın evində, Bülbülün ev-muzeyində və Şuşanın mərkəzi meydanında olublar, Üzeyir Hacıbəylinin heykəlini ziyarət ediblər.

Onlar Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinə, eyni zamanda, Qazançı kilsəsinə də baş çəkiblər.

Qeyd edək ki, diplomatik korpusun mətbuat attaşeləri və əcnəbi jurnalistlər ötən gün Şuşaya səfər ediblər.