DİN: Son iki gündə 90 cinayətin açılması təmin olunub

Mayın 25-26-da ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

ƏvvəlkiYaponiyanın İmperatoru Azərbaycan liderini təbrik edib
NövbətiAzərbaycan XİN Türkiyəyə başsağlığı verib