DİN-dən Qubadakı cinayətlə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Quba rayonunda baş verən cinayətlə bağlı açıqlama yayıb.

Türk.az xəbər verir ki, oktyabrın 19-da Quba rayon polis şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb. O, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.