Dezinformasiya qlobal təhlükəsizliyə təhdid halına gəlib – Türkiyə prezidenti

Əvvəlcə “azadlığın simvolu” kimi qəbul edilən sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda iki günlük Beynəlxalq Strateji Rabitə Zirvə (Stratcom Summit ’21) görüşü iştirakçılarına müraciət edərkən bildirib.

Türkiyə prezidenti bildirib: “Virtual faşizmin artan təzahürləri və yalan informasiya axını fonunda Türkiyə kimi demokratik cəhətdən inkişaf etmiş ölkələr sayıq qalmalıdırlar”.

Dövlət başçısı qeyd edib ki, texnologiyaların və virtual məkanın fəal inkişafı müasir cəmiyyətlərin sosial mühitinin formalaşmasına təsir göstərir: