Deputat Erkin Qədirli: “Təhsil haqları yarıbayarı azaldılmalıdır”

Milli Məclisdə təhsil haqlarının azaldılması təklif edilib.

“Report” xəbər verir ki, bu təkliflə deputat Erkin Qədirliparlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxış edib.

Deputat bildirib ki, pandemiya ilə əlaqədar olaraq universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilməyib: “Təklif edirəm ki, təhsil haqları yarıbayarı azaldılsın”.