Dekabrın 31-də Azərbaycanda COVID-19 əleyhinə 705 doza vaksin vurulub

Dekabrın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 705 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 406, ikinci doza vaksinlərin sayı 103, üç və daha çox doza vaksinlərin sayı 169, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 279, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 565, ikinci mərhələ üzrə 4 milyon 875 min 710, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 357, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 647-dir.