DÇ-2026: Pley-off mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibi müəyyənləşib

DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən püşkatma mərasimində Türkiyə milli komandasının da rəqibi bəlli olub.

“Ay-ulduzlular” yarımfinalda Rumıniya seçməsi ilə qarşılaşacaq. Vinçenso Montellanın baş məşqçisi olduğu komanda yarımfinal görüşünü evdə keçirəcək. Türkiyə millisi rəqibini məğlub etsə, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qitələrarası pley-off mərhələsi

Yarımfinal
Yeni Kaledoniya – Yamayka
Boliviya – Surinam

Final
Konqo Demokratik Respublikası – Yeni Kaledoniya / Yamayka cütünün qalibi
İraq – Boliviya / Surinam cütünün qalibi

Avropa zonası üzrə pley-off mərhələsi

A yolu
Yarımfinal
1. İtaliya – Şimali İrlandiya
2. Uels – Bosniya və Herseqovina

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

B yolu
Yarımfinal
3. Ukrayna – İsveç
4. Polşa – Albaniya

Final
3-cü cütün qalibi – 4-cü cütün qalibi

C yolu
Yarımfinal
5. Türkiyə – Rumıniya
6. Slovakiya – Kosovo

Final
5-ci cütün qalibi – 6-cı cütün qalibi

D yolu
Yarımfinal
7. Danimarka – Şimali Makedoniya
8. Çexiya – İrlandiya

Final
7-ci cütün qalibi – 8-ci cütün qalibi

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfinal və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Qeyd edək ki, 48 ölkədən 42-si dünya çempionatına vəsiqə qazanıb. Son 6 iştirakçının adına məhz pley-off oyunlarından sonra aydınlıq gələcək.

Əvvəlkiİslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar
NövbətiVolodimir Zelenski ABŞ Prezidenti ilə sülh planını müzakirə etməyi gözləyir