Daxili işlər orqanları ötən gün 115 cinayət faktı qeydə alıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Türk.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.

Respublikanın daxili işlər orqanları ötən gün 132 cinayət faktı qeydə alıb. Onların 30-u “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər həlak olub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.