Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici ölkə vətəndaşları Astara sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsinə dair müraciət ediblər.

08:49

Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

Təxliyə edilən şəxslər üçün çay süfrəsi təşkil olunub. Eyni zamanda, səhhətində problem yarana biləcək şəxslərin vaxtında tibbi yardım alması məqsədilə təcili tibbi yardım avtomobili və peşəkar həkim briqadası əraziyə cəlb edilib. Təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb.

ƏvvəlkiAZAL bir sıra aviareysləri ləğv edib
NövbətiRegionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib