Daha bir ölkə SEPAH-ı terror təşkilatı elan edəcək

Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməyi planlaşdırır.

Yaxın həftələrdə elan edilməsi gözlənilən bu qərar Böyük Britaniyanın Təhlükəsizlik naziri Tom Tugendat və daxili işlər naziri Suella tərəfindən dəstəklənir. Britaniyanın “The Telegraph” qəzeti bu barədə eksklüziv hesabatında məlumatlı mənbələrə istinadən bildirib.

İnqilab Keşikçiləri Korpusunun terrorçular siyahısına salınması o deməkdir ki, bu təşkilata üzv olmaq, onun toplantı və fəaliyyətlərində iştirak etmək, ictimai yerlərdə onun nişanını taxmaq artıq Böyük Britaniyada cinayət sayılacaq.