Dənizdə batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib

Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Buzovna”, “Şüvəlan”, “Dübəndi”, “Şirvan”, “Astara”, “Yevlax” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.

Əvvəlki“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib
NövbətiƏrdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə edib