Dəmiryolçuların idman spartakiadası keçirilir

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə, 13 oktyabr –
dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman
spartakiadasına start verilib.

Sentyabrın 6-da Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv”
İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin
peşə bayramına həsr olunmuş növbəti idman spartakiadası start götürüb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən verilən
məlumata görə, spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail
Bağırov çıxış edib. O, bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra
islahatlar həyata keçirilmişdir. Bütün bu işlərdə MHRİK ADY-nin rəhbərliyi
ilə əlbir fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da
inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Prezident İlham
Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu
idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının
inkişafında mühüm rol oynayırlar.
Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir
yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası
keçirilir. Budəfəki yarışların bir hissəsi isə Nabran qəsəbəsindəki
“Lokomotiv” İstirahət Mərkəzində reallaşır.
Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.
Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə
kollektivlərinin komandaları idmanın voleybol, mini futbol, stolüstü tennis,
dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar. “Azərbaycan Dəmir
Yolları” QSC-nin sədri Cavid Qurbanov yarışları izləyib.
Qeyd edək ki, yarışlar “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati
binasında və Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv”
İstirahət Mərkəzinin idman kompleksində keçirilir.
Dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi davam
edəcək. 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində
spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.

Əvvəlki“Məcburi Köçkünlər üçün İcma Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti təlim keçirildi
NövbətiMüddətli müqavilə əsasında müəllimlərin işə qəbuluna başlanılır