Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Beynəlxalq turnirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük inspektoru Mübariz Rafiq oğlu Dadaşov da iştirak edib.

31 may-1 iyun tarixlərində Ağır Atletika Federasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.

Beynəlxalq turnirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük inspektoru Mübariz Rafiq oğlu Dadaşov da iştirak edib.

Yarışmada böyük əzmkarlıq göstərən Mübariz Dadaşov 140 kq çəki dərəcəsində 177,5 kq nəticə ilə beynəlxalq turnirin qalibi olub.

Dəmiryolçu-idmançını qazandığı qələbə münasibətilə təbrik edir, ona yeniuğurlar arzulayırıq.

ƏvvəlkiSerj Sarqsyan Ermənistan ordusunun aprel məğlubiyyətinə görə dindiriləcək
NövbətiBakı-Sabunçu-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişdirilir