Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılığın baxımından çox əlverişlidir. Eyni zamanda quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək.

Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda  Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir.

Yoldəyişən qurğularınyenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11  saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.

ƏvvəlkiAlmazbek Atambayev daha iki cinayət işi üzrə ittiham olunur
Növbəti“Mammad Amin Rəsulzadeh” gəmisi vuruldu- “PALMALİ”DƏN RƏSMİ AÇIQLAMA