“Dərs vaxtı” proqramı çərçivəsində dərslərin yeni formatda yayımına start verilir

Aprelin 29-dan “Dərs vaxtı” proqramı çərçivəsində yeni formatda dərslərin yayımına start veriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəqədər yaş dövründə olan uşaqların inkişafı məqsədilə hazırlanan “Oynaya, öyrənə” teledərsləri vasitəsilə uşaqlar həm oynayacaq, həm də öyrənəcəklər. Oyunlar vasitəsilə uşaqlara yeni məlumatlar, bacarıq və davranışlar aşılayan dərslərdə onlar sadə və əyləncəli fəaliyyətlərlə tanış olacaqlar.

Sözügedən dərslər Təhsil Nazirliyinin dəstəyi ilə hər həftə “Mədəniyyət” telekanalında yayımlanacaq.