Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin yarımfinalına yüksəlib.

AZƏRTAС xəbər verir ki, R.Orucov birinci görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, daha sonra isə bolqarıstanlı Mark Hristovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İsveç təmsilçisi Tommi Masiasa qalib gələn cüdoçumuz finala adlayıb.

Turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Azərbaycan komandası “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

ƏvvəlkiAviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib
NövbətiRusiyanın Azərbaycandakı səfirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə bağlı başsağlığı verib