COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 126 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 204, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 37 270 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 261 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 252 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 754 599, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 255 106 təşkil edir.