Çində kimyəvi zavodda partlayış nəticəsində 6 nəfər ölüb

Çinin mərkəzində yerləşən Hubey əyalətinin Syantao şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “Sinxua” agentliyi yayıb.

Hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Çinin Çjeszyan əyalətində dərman preparatları zavodunda partlayış baş vermişdi.

ƏvvəlkiFəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək
NövbətiƏbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında videoçarx hazırlanıb