Çində iki həftəlik təhsil almaq imkanı qazanın

“Gələcəyin toxumları” Huawei-nin ən böyük qlobal KSM proqramıdır. Şanslı namizədlər Çində iki həftəlik təhsil almaq imkanı qazanacaq.

Proqram: Gələcəyin toxumları
Təşkilatçılar: Huawei Azerbaijan Technologies LLC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Proqramda iştirakına üstünlük verilir: Elm və Texnologiya, Rabitə Texnologiyaları, Mühəndislik, Riyaziyyat və Kompüter elmləri ixtisası üzrə təhsil alan universitet tələbələri
Təhsil haqqı Huawei şirkəti tərəfindən ödənilir.

Müraciət edənlərdən tələb olunur:
1. İngilis dilində 500 sözdən ibarət yazıb esse göndərmək
Aşağıda qeyd olunan mövzulardan birini seçə bilərsiniz:
a. 5G və AI yaxın gələcəkdə hansı sənayələri əhəmiyyətli dərəcədə dəyişəcək?
b. 4G həyatı dəyişir, 5G cəmiyyəti dəyişir- bütün bunları necə başa düşmək olar?
2. 2 dəqiqəlik tanışlıq videosu
Özünüz haqqında qısa məlumat
3. Instagram və Facebook səhifəmizi izləməlisiniz
Son müraciət tarixi : 5 Oktyabr 2019
Xahiş olunur esse ve qısa videonuzu qeyd olunan e-mail ünvanına göndərin : zhong.jing@huawei.com