Çində düşərgələrdə saxlanılan uyğurların sayı 3 milyona çatıb

Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

“Report” “Yenicaggazetesi”nə istinadən xəbər verir ki, bunu Dünya Uyğur Konqresinin (DUK) sədri İsa Dolkun bildirib.

O, düşərgələrin genişlədildiyinə dair sübutların olduğunu deyərək həmin məkanlarda ölən 350 uyğur mənşəli professorun adları olan siyahının əllərində olduğunu söyləyib.

İ.Dolkun vurğulayıb ki, 2018-ci ilin yanvarında həmin düşərgələrdə saxlanılan uyğur türklərinin sayı bir milyondan çox idi: “Düşərgədə saxlanılanların arasında 80-90 yaşlarında yaşlı insanlar da var. Sabah çox gec olacaq. İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri soyqırımın bir daha təkrarlanmayacağına söz vermişdilər. Ancaq indi Çində uyğurlara qarşı soyqırım həyata keçirilir”.

Qeyd edək ki, 2018-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsində 1 milyon 120 min ictimai məmur 1 milyon 690 min uyğur türklərinin ailəsində “qonaq” olub.