Çində bir ayda COVID-19-dan 60 minə yaxın ölüm halı qeydə alınıb

Çin hakimiyyəti 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkənin tibb müəssisələrində COVID-19 ilə bağlı 59 938 ölüm faktı aşkarlayıb.

Trend-in məlumatına görə, bu barədə rəsmi Çin KİV-ləri xəbər verib.

Eyni zamanda, onlardan 5,5 minə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemlərindən dünyasını dəyişib. Ölən insanların orta yaşı 80-ə yaxındır.