Çin kosmosa 7 yeni peyk buraxıb

Çin ölkənin şimal-qərbindəki Cyucuan Kosmik Mərkəzindən “CERES-1 Y7” raket daşıyıcı aparatının buraxılışını uğurla həyata keçirib.

“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, Pekin vaxtı ilə saat 12:03-də buraxılışı həyata keçirilmiş kommersiya raketinin göyərtəsində 7 peyk olub.

Onların arasında hiperspektral, infraqırmızı və panxromatik kameralarla təchiz edilmiş “Xiguang-1 01” peyki də var. Ondan Yerin müşahidəsi, təbii ehtiyatların saxlanması, kənd təsərrüfatı, meşə təsərrüfatı və fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.

Əvvəlki“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı
NövbətiGələn həftədən kolleclərə sənəd qəbulu başlayır