Çin ciddi endirimlərlə rekord həcmdə Rusiyadan kömür alır

Çinin Rusiyadan ucuz kömür idxalı iyul ayında bir il əvvəllə müqayisədə 14% artaraq ən azı beş ilin ən yüksək səviyyəsinə çatıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, ötən ay Çin Rusiyadan 7,42 milyon ton kömür idxal edib. Bu, 2017-ci ildən sonra ən yüksək aylıq göstəricidir.

Bəzi çinli treyderlər dördüncü rübdə Çinə daha çox rus kömürünün daxil olacağını gözləyirlər, çünki Çinin şimalındakı kommunal xidmətlər qış isitmə mövsümü üçün ehtiyat yığır.

Xatırladaq ki, sanksiyalara əsasən Hindistan şirkətləri Rusiya kömürünün ödənişini Çin yuanı ilə həyata keçirirlər.