Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə “Report”a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

XİN başçıları ötən müddət ərzində görülən işlər və digər məsələlər barədə bir-birlərinə məlumat veriblər.

ƏvvəlkiBBC Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb: bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır
Növbəti“France 24” telekanalı Gəncənin atəşə tutulmasına dair süjet hazırlayıb