Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində dəyirmi masada iştirak edir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində GLOBSEC (analitik mərkəz, Bratislava forumunun təşkilatçısı – red.) tərəfindən təşkil olunan dəyirmi masada iştirak edir.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, dəyirmi masada Azərbaycan-Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər və münaqişədən sonrakı vəziyyət gündəmdədir.

ƏvvəlkiAvropa Parlamentində Azərbaycanın enerji siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb
Növbətiİsmayıllıda sel suları evlərə, obyektlərə ciddi ziyan vurub