Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb

İyunun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

ƏvvəlkiPrezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgilərinin və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
NövbətiFərid Cəfərov: Laçında MDB ölkələrinin kulinariyasını nümayiş etdirən xüsusi festival keçiriləcək