Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici İşlər nazirinin səfər çərçivəsində Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.