Çexiyada prezident seçkilərində ehtiyatda olan ordu generalı liderdir

Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda ehtiyatda olan ordu generalı Pyotr Pavel liderdir.

“Report” xəbər verir ki, bu barədə “idnes” portalı məlumat yayıb.

Pavel seçki məntəqələrinin 98,92%-nin məlumatları hesablanandan sonra birinciliyi ələ alıb.

Çexiya Statistika İdarəsinin məlumatına görə, Pavel 35,20% səs toplayıb. Onun əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 35,18%-nin dəstəyini qazanıb.