Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxıb

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıblar.

“Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı kabinetin istefasını tələb edəcəyik”, – aksiya iştirakçılarından biri deyib.

Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar olub.

Əvvəlki“Artemida-1” missiyasının Aya buraxılması yenidən təxirə salınıb
NövbətiAzərbaycan karateçiləri Premyer Liqa turnirini 6 medalla başa vurublar