Çexiya millisi “Avro-2020″nin dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib

Futbol üzrə Çexiya millisi Avropa çempionatının dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda “Hilton” otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.