Çavuşoğlu İƏT XİN başçılarının toplantısında iştirak edəcək

Pakistanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 48-ci toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilb ki, şuranın toplantısı martın 22-23-də Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edəcək.

Məlumata görə, o, İslamabad səfəri çərçivəsində təşkilata üzv ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.

ƏvvəlkiAzərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb
NövbətiRusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər cür kömək etməyə hazırdır – Lavrov