İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Sergey Morozovun bu vəzifəyə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu...

BMT Baş Assambleyası Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı hazırladığı qətnaməni qəbul edib

BMT Baş Assambleyasının (BA) plenar iclasında Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 62 ölkə sənədə həmmüəllif kimi qoşulub. Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı...

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Bakı

Bakıda Gənc Parlamentarilərin V Qlobal Konfransı keçirilir

 Bakıda Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransı keçirilir. “Report” xəbər verir ki, Milli Məclisdə təşkil edilən konfransda Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, Parlamentlərarası...

Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər

Azərbaycan və Avropa İttifaqı (Aİ) tərəfdaşlıq sazişinin mətnini gələn ilin mart ayına qədər razılaşdıra bilərlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT)...

Ermənistan rəsmisi Azərbaycana gələcək

 Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib. Dövlətimizin başçısını Sankt Peterburq şəhərindəki Pulkova 1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko,...
Azərbaycan Respublikası XİN

Azərbaycan “Lazarev klubunun” Yerevandakı ilk iclası ilə bağlı Rusiya XİN-ə etirazını çatdırıb

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət bildirib. Nazirlikdən "Report"a verilən məlumata görə, Ermənistan və Rusiya KİV-ləri bu il noyabrın 30-dan dekabrın 1-dək  Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” birinci iclası barədə məlumatlar yayıb. Məlumatda bildirilib ki, özünü ictimai diplomatiyanın yeni...
- reklam -