General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu
Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza Azərbaycan Prezidentini və xalqını 44 günlük müharibədə qazanılan Qələbə münasibətilə öz adından, Pakistanın Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik edib.
AZƏRTAC xəbər verir ki, general Nadim Raza Prezident İlham...
İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi
İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul olunub.
“Report” xəbər verir ki, sənəddə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət...
YAP növbədənkənar qurultay keçirəcək
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Bildirilib ki, növbədənkənar qurultay martın 5-də keçiriləcək.
Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.
Azərbaycan və Belarus hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
Martın 1-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona...
Azərbaycanın xarici işlər naziri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb
Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il...
Ermənistanın aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə müsahibəsində Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Respublikasının Prezidentinin mətbuat brifinqində söylədiklərinə dair şərhinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva deyib: “Azərbaycan Respublikasının Prezidentinin yerli və xarici media nümayəndələri üçün...
Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, şirkətin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
-Hər vaxtınız xeyir.
Erik Rondolat: Hər vaxtınız xeyir.
Prezident İlham...
Xocalı soyqırımı Azərbaycan və Britaniya parlamentarilərinin görüşündə anılıb
Fevralın 25-də Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, iclasda Qrupun sədri Bob Bləkmən başda olmaqla Qrupun Lordlar və İcmalar Palatasından olan üzvləri, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası...
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
Türkiyənin Ankara Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.
“Report” xəbər verir ki, anım mərasimində Azərbaycanın təhsil naziri Emin Əmrullayev və ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim iştirak edib.
“Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə birgə Ankara Universitetində keçirilən Xocalı soyqırımının növbəti ildönümünə həsr...
Bu gün Ceyhun Bayramov Ərdoğanla görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
“Report”un məlumatına görə, qəbul bu gün Türkiyə Prezident Administrasiyasında baş tutacaq.
Qeyd edək ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarci işlər nazirlərinin 5-ci üçtərəfli görüşü olacaq.