TRT nümayəndə heyəti Azərbaycanda radiomonitorinq aparıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti proqram üzrə fəaliyyətini başa vurub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, heyət səfər çərçivəsində paytaxtda və bölgələrdə yerləşən radio-televiziya yayım stansiyalarına texniki baxış keçirib və radiomonitorinq aparıb....
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiqləndi
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 18 №-li Qərarına dair izahda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin...
“Buta Airways” Bakıdan Volqoqrada uçuşlar həyata keçirəcək
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" Bakıdan Volqoqrada yeni istiqamət açır.
Bu barədə "Report"a "Buta Airways"dən bildirilib.
Uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə...
Şamaxıda bəzi yaşayış məntəqələrinə gediş-gəliş kəsilib, qarın qalınlığı 50 santimetrə çatıb
Artıq dörd gündür ki, ölkə üzrə əksər bölgələrimiz ağ örpəyə bürünüb. Lakin dağlıq və dağətəyi rayonlarda qar həm daha şiddətli yağır, həm də ara vermir.
AZƏRTAC xəbər verir ki, günlərdir davam edən aramsız qar Şamaxıda da səngimir. Şamaxı dəniz səviyyəsindən xeyli...
Şəmkir-Gədəbəy yolunda hərəkət çətinləşib
Güclü qar səbəbindən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət çətinləşib.
"Report"un Qərb bürosunun məlumatına görə, bu səbəbdən yol təsərrüfatı işçiləri ərazilərə səfərbər olunub.
Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yollarda müvafiq tədbirlər görülür.
Şəmkir-Gədəbəy avtomobil yolunda həmçinin, Şəmkir-Kür qəsəbəsi, Şəmkir-Tatarlı və Şəmkir-Yeni Göyçə və...
Yağıntılar tədricən kəsiləcək, yollar buz bağlayacaq
Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yanvarın 11-dən 12-nə keçən gecə havanın az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində...
Metropoliten bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, dekabr ayının sonu və 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində...
Azad olunmuş ərazilərə növbəti ay üçün avtobus biletləri satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2023-cü ilin yanvar ayına olan biletlər dekabrın 28-də saat 16:00-da satışa çıxarılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərnişin daşınması ilə bağlı...
Sinqapur-London reysi üzrə Bakıya daha bir “Airbus 380” təyyarəsi gəlib
Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri - "Airbus 380" Bakıya gəlib.
Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin təyyarə ilə sözügedən reysin sərnişinləri bu gün Bakıdan təyinat...
Azərbaycan Gürcüstan və Qazaxıstandan olan sürücülərə “Yaşıl Kart” satacaq
İcbari Sığorta Bürosu (İSB) yerli sığorta şirkətlərinin Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə "Yaşıl Kart" satması üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə edib.
Bu barədə "Report"a İSB-dən bildirilib.
Məlumata görə, Büro bu barədə BBŞ-yə rəsmi müraciət göndərib. Razılığa...