Aşıq Pəri sazın-sözün zirvəsində” adlı konsert proqramı keçrildi

Mayın 27-də saat 19:00-dan 21:30-a qədər Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi tərəfindən həyata keçirilən ““Aşıq Pəri sazın-sözün zirvəsində”...

Bakıda Arif Məlikovun heykəli ucaldılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Türk.az xəbər verir ki, sərəncamla Bakı şəhər İcra Hakimiyyətinə Fəxri xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin...

İnstitut direktoru ilə şöbə müdiri arasında qalmaqal: “Uydurmalarınızı sabun köpüyü sayacağam”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu institutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmlər doktoru İdris Abbasovun ittihamlarına cavab verib. Türk.az-ın xəbərinə görə, akademikin cavab açıqlamasında deyilir: "Vaxt qızıldır, İdris Abbasov! İctimaiyyəti çaşdırmaq, sosial şəbəkədə mənfi rəy yaratmaq niyyətinizin puçluğunun və əsassızlığının...

Heydər Əliyev Mərkəzinin parkındakı konsert Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib

Bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konsert proqramı Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib. Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış...

“Milli Dəyərlərin Qorunması” İctimai Birliyi ““Nurlu əməllərin işığında” sənədli filmin çəkilməsi” layihəsinə start verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi layihəsinin icrasına start verib. AMİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi...

“Eurovision-2019″da Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb. İTV-dən "Report"a verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri xalq artisti Faiq Ağayev elan edəcək. Faiq Ağayev yarışmanın qaydalarına...

Beynəlxalq Türk Akademiyası Nəsiminin 650 illik yubileyi münasibətilə kitab çap edib

Beynəlxalq Türk Akademiyası (TWESCO) Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirəcək. Beynəlxalq Akademiya tərəfindən şairin şeirlərindən ibarət kitab çap edilib. AZƏRTAC xəbər verir ki, Nəsiminin şeirlərindən ibarət kitabın aprel ayında təqdimatı...

Mehriban Əliyeva Fransanın Orsey muzeyini ziyarət edib

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib. Türk.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın mədəniyyət naziri Frank Riyester Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb. Parisin Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci...

Bəhram Bağırzadə: “Zeynalabdin Tağıyevin heykəli üçün təklif etdiyim yerlərə baxış keçirilir”

“Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə ölkə başçısından Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılmasını, sadəcə, xahiş etdim. Çıxışımdan sonra dərhal dəstək aldım və təklif qəbul edildi. Hazırda heykəl üçün təklif etdiyim bir neçə yerə baxış keçirilir”. Bunu “Report”a açıqlamasında...

Kinematoqrafçılar İttifaqı Prezidentə təqdim olunması üçün təkliflər hazırlayıb

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. Bu barədə “Report”a iclasda iştirak etmiş Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə məlumat verib. O bildirib ki, iclas İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə keçirilib. İclasda Prezident İlham Əliyevin...
- reklam -