Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs İstanbulda saxlanılıb

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə tutulub. “Report” xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan 60 yaşlı Aslanov Məhəmməd Veysəl oğlu İstanbulda saxlanılıb. O, Azərbaycana ekstradisiya edilib.

Prokuror ərini öldürən qadına cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti...

Qazaxda dəmir yolu stansiyasında 25 metrlik relsi kəsən 2 nəfər tutulub

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Qazax rayonundakı Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş...

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

Bakı metrosunda cibgirlik edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, 1000 ABŞ dolları və sənədlər...

Bakı və Sumqayıtda 100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluq edən Bakı şəhər sakini Zaur Süleykin saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə...

Bakı sakinindən “Kalaşnikov” götürülüb

Bakıda qanunsuz silah-sursat saxlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Əməliyayt nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan...

“Çudo Peçka”nın sahibinin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ç.Cəlilovun apellyasiya şikayəti təmin edilməyib, birinci...

Bakıda bankın 100 müştərisinin kartından 85000 manat pul oğurlayan şəxs saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların...

İmişlidə 49 yaşlı qadın bıçaqlanıb

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək...

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb

Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini...
- reklam -