Almaniyada “mühacir alveri“nə görə həbs olunan şəxs Azərbaycana ekstradisiya edilib
Almaniyada 2019-cu ildə “mühacir alveri” işinə görə həbs edilən şəxslərdən biri Azərbaycana ekstradisiya edilib.
“Report”un Avropa bürosunun yerli hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs 2015-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Ona 2016-cı ildə qaçqın statusu...
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona...
“Bakılift -2”nin 2 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəisinə bəraət verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin külli miqdarda mənimsəmədə ittiham edilən sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report” xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Ruslan Dilanova bəraət verilib...
Baş Prokurorluq: General-leytenant Rövşən Əkbərov həbs olunub
Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət...
Ata Abdullayev barəsində həbs qətimkan tədbiri seçildi
Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
“Report” xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.
A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətininin...
Polis avtobus və ticarət mərkəzlərində cibgirliklə məşğul olanları ifşa edib
Bakıda ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı polis əməkdaşları xüsusi əməliyyat keçirib
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən "Report"a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində əsasən ictimai nəqliyyatda və ticarət obyektlərində cibgirliklə məşğul...
Gəncədə maskalı şəxs oyuncaq tapanca ilə çörək sexinə basqın edib
Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisələrini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a...
Şagirdlərin intiharını Baş Prokurorluğun İstintaq İdarəsi araşdıracaq
Baş Prokurorluq martın 9-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı açıqlama verib.
Qurumun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:
"Baş Prokurorluğun...
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.
Trend-in əldə etdiyi məlumata görə, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.
Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov da...
“Baklift-2”nin sabiq rəisinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Ü.Aslanova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin...