Rusiya Azərbaycanın 20 ton balığını müsadirə etdi
Azərbaycanın Rusiyaya ixrac etdiyi 19,7 ton kilkə qonşu ölkənin paytaxtı Moskvada müsadirə edilib.
Türk.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") məlumat yayıb.
Məlumata görə, buna səbəb məhsulun sənədlərində çatışmazlıqların olmasıdır. Kilkənin ixracı rəsmiləşdirilərkən...
Azərbaycan neftinin qiyməti 81 dolları ötdü
Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,42 dollar və ya 1,78 artaraq 81,32 dollar təşkil edib.
Lirə kəskin ucuzlaşdı – Tarixi rekord
Türkiyədə dollar yeni rekorda yüksəlib.
Türk.az xəbər verir ki, dünən dollar 4,3983 lirəyə qədər yüksəlsə də, sonradan 4,38 lirəyə qədər ucuzlaşıb.
Avro isə 5,24 lirəyə qədər bahalaşıb.
Analitiklər lirənin bu qədər dəyər itirməsinə əsas səbəbin neft qiymətlərinin artımı, seçki öncəsi ictimai xərclərin çoxalmasını,...
İlham Əliyev yeni kompleksi işə saldı
Mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.
Türk.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına kompleks barədə məlumat verib.
Prezident İlham Əliyev kompleksi işə salıb və limanın ərazisini gəzib.
Dövlətimizin...
Küveytdən Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 27,4%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan,...
Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Bakı-Böyük Kəsik istiqamətində 600 km yolun əsaslı təmiri çərçivəsində Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, işlər mərhələli şəkildə davam etdiriləcək.
Prosesi 5 saylı İxtisaslaşdırılmış “Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Eyni...
Maliyyə naziri Beynəlxalq bankın özəlləşdirilməsi barədə: Vaxt tələb olunur
Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesi müəyyən hazırlıq tələb edir.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə nazirinin sözlərinə gröə, hazırda bankın sağlamlaşdırılması prosesi artıq başa çatıb.
S.Şərifov deyib: "Biz artıq bankın sağlamlaşdırlması və bankın balansında olan tiksik aktivlərin restrukturizasiyası...
Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin mərkəzi oxundan 420 m məsafədə ictimai binaların tikintisi qadağan...
Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərinin mərkəzi oxundan 420 m məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən hündür yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilib.
Turk.az-ın məlumatına...
Cavid Qurbanovdan sensasion açıqlamalar (VİDEO)
“3 il bundan əvvəl Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün vaqonlar sifariş edilmişdi. Lakin bəzi adamların səhlənkarlığından müqavilə axıra qədər davam etdirilmədi”.
Bunu Real TV-yə eksklüziv müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O, müsahibə zamanı bir sıra...
Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.
Turk.az-ın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına...