Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycanın bank sektoru xalis mənfəətini 13 dəfə artırıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 406,2 milyon manat xalis mənfəət əldə edib. “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 dəfə çoxdur. 7 ay ərzində aylarında bankların əməliyyat gəlirləri 1...

Azərbaycan Prezidenti: “Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik”

Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz...

“Lombardlar haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Türk.az-ın məlumatına görə, layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır:...

Azərbaycanın valyuta ehtiyatları son 10 ildə – İCMAL

2009-2018-ci illərdə Azərbaycanın valyuta ehtiyatları 26 784,7 mln. ABŞ dolları və yaxud 2,5 dəfə artaraq bu il yanvarın 1-nə 44 140,9 mln. dollar təşkil edib. “Report”un analitik qrupu bildirir ki, bunun 38 515,2 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 5 625,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB)...

Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur. Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi...

Parisdə “Bakı Ekspo 2025” layihəsinin təqdimatı olub

Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 164-cü sessiyası çərçivəsində "Bakı Ekspo 2025" layihəsinin yekun təqdimatı olub. Trend-in məlumatına görə, təqdimat Bakı sakini Vəfa Musayeva tərəfindən təşkil olunub. O qeyd edib ki, Azərbaycan paytaxtının namizədliyi qəbul olunsa, "Bakı Ekspo 2025"...
Vergilər Nazirliyi

Vergilər Nazirliyi maarifləndirici monitorinqlər keçirib

Vergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib. Bu barədə Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib. Monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim...

Prezident: “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açır”

İndiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin paytaxtı Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda bildirib. “Bu gün Azərbaycandakı biznes mühiti dünyada...

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının (Aİ) və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabrda Bakıda Elektron Ticarət Forumu keçiriləcək. Türk.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Bakı...
fiber-optik rabitə xəttinin təməlqoyma mərasimi

Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində...

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin noyabrın 19-da Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Avropa...
- reklam -