İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modeli təqdim olunub

Bu gün İpoteka və Kredit Zəmanət Fondu ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib. Fonddan "Report"a verilən məlumata görə, təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə...

Azərbaycan və İran gömrükçüləri “e-TIR Pilot” layihəsini müzakirə edib

Astarada Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975-ci il) ilə tənzimlənən prosedurlar çərçi­vəsində iki ölkə arasında...

Abşeronda “KOB Dostu” fəaliyyətə başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) bu gün Abşeron rayonunda fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, bu,...

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir. “Report” xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz...

“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiq edib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. “Report” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub. Reytinqin "BB+" səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında...

İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verildi. Prezident İlham Əliyev müəssisəni işə saldı. Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Kanada şirkəti Azərbaycanda əməliyyatlar üçün vəsait cəlb edib

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quru yatağında qazma işləri üçün vəsait cəlb edib. “Report” xəbər verir ki, şirkət Kanada və Böyük Britaniyada səhmlərdən 607 min funt-sterlinq əldə edib. Vəsait Azərbaycandakı əməliyyatlarda investisiyanı artırmaq və ümumi işlərə yönəldiləcək. Qeyd edək ki, 2016-cı il martın 16-da...

Azərbaycan yeni şərab brendlərini Belçika və Çinə satacaq

Azərbaycanın şərab istehsalçısı "ASK Şəki Şərab", "Bouquet Sheki" və "Askona" adlı brendlərini təqdim edəcək. Bunu Trend-ə şirkətin direktoru Vidadi Həsənov deyib. Onun sözlərinə görə, "Bouquet Sheki" və "Askona" brendləri altında Azərbaycanda yığılmış "Rkatsiteli", "Saperavi", "Mədrəsə", "Muskat", "Şardone" və "Merlo" kimi...
Dövlət Gömrük Komitəsi

Bu gündən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılır

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqində məqsəd qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasıdır. Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib. Onun sözlərinə görə, “Yaşıl dəhliz” buraxılış sistemi ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin minimuma...

2020-ci ildə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac ediləcək

2020-ci ildə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac ediləcək. Trend-in məlumatına görə, bunu Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət...
- reklam -