SWIFT-in baş direktoru istefaya gedib

SWIFT Beynəlxalq banklararası məlumat ötürülmə və ödəniş sisteminin baş direktoru Qottfrid Leybbrandt istefa vermək qərarına gəlib. "SWIFT 7 il əvvəlkindən tamamilə fərqli bir vəziyyətdədir. Hər zaman idarəçiliyi ötürmək və yeni fəsildən yazmaq vaxtı yetişir....

Azərbaycanda pul bazası ötən ay 80 milyon manatdan çox artıb

Azərbaycanda pul bazası bu il noyabrın 1-nə 10 298,8milyon manat təşkil edib. Türk.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 81,5 milyon manat və yaxud 0,8% çoxdur. Pul bazası ilin əvvəlinə nisbətən 753,1 milyon manat və yaxud 7,9%, son 1...

Bank sektorunun sağlamlaşdırılması yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək

İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir. Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcək. “Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il və...

Prezident İlham Əliyev Pekində daha iki şirkət rəhbəri ilə görüşüb – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb. Türk.az xəbər verir ki, "China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi...

“Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi təqdim olunub

Dekabrın 3-də Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət Statistika Komitəsi sədrinin müavini...

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

Sabah Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək. Bakıxəbər.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq...

Hökumətdən Aİ-92 və Aİ-95 benzinlə bağlı vacib qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az...

Azərbaycan xarici dövlət borcunun ÜDM-ə nisbətinin azlığına görə dünyada ilk 10-luqdadır

Bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun (8,9 milyard ABŞ dollarından bir qədər çoxdur) ümumi daxili məhsula (ÜDM) nisbəti 17,6% təşkil edib. Türk.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu göstəricinin azlığına görə ölkəmiz...

Bu gündən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılır

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqində məqsəd qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasıdır. Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib. Onun sözlərinə görə, “Yaşıl dəhliz” buraxılış sistemi ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin minimuma...

Gürcüstan Azərbaycandan qaz idxalını 12%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 718 171 kub metr təbii qaz idxal edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir. Məlumata görə, Azərbaycandan alınmış təbii qazın ümumi dəyəri 123 403,5 min ABŞ dolları təşkil edib. Son 1 ildə...
- reklam -