Çindən ölkəmizə gətirilən tut tinglərinin 50 mini Qəbələ rayonunda əkilib

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dekabrın əvvəlində Çindən ölkəmizə gətirilən 1 milyon tut tingindən 50 mini bölgü əsasında Qəbələ rayonunda əkilib. Bundan əlavə, payız mövsümündə rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış 38 min yerli tut tinginin...

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir

Bakıda Azərbaycan Respublikası Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı işə başlayıb. “Report” xəbər verir ki, tədbirdə əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Daha sonra nazir deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır, bütün sahələrdə,...

Gələn ildən 500 mindən çox vətəndaş 7 il əməkhaqqıdan gəlir vergisi ödəməyəcək

"2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı güzəştlərdən 500 mindən çox vətəndaş faydalanacaq". “Report” xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov ATV-də yayımlanan “İqtisadi zona” proqramında deyib. O, əməkhaqqıdan tutulan...

Dörd elektrik stansiyasında təmir-bərpa işləri üçün “Azərenerji” ASC-yə 30 milyon manat ayrılıb

“Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işləri üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılıb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 17-də “Elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, “Şimal”, “Cənub”,...

Azərbaycan iqtisadiyyatı 1% böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3%, neft sektorunda isə 0,3%artıb. ÜDM-in 45,2%-i sənayedə, 9,3%-i ticarət;...

BP 2019-cu il üçün Azərbaycanda yeni buruqların qazılması ilə bağlı planlarını açıqlayıb

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb. Bu barədə Trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq...

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb. "Report"un məlumata görə, toplantıya xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir.  İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transformasiya Planı hazırlayacaq. “Report” xəbər verir ki, bu barədə qurumun İnformasiya texnologiyaları Departamentinin direktoru Fərid Osmanov məlumat verib. O, bu...

SWIFT-in baş direktoru istefaya gedib

SWIFT Beynəlxalq banklararası məlumat ötürülmə və ödəniş sisteminin baş direktoru Qottfrid Leybbrandt istefa vermək qərarına gəlib. "SWIFT 7 il əvvəlkindən tamamilə fərqli bir vəziyyətdədir. Hər zaman idarəçiliyi ötürmək və yeni fəsildən yazmaq vaxtı yetişir....

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Bu gün Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb. “Report”un məlumatına görə, tədbirdən əvvəl kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlama verib. O, biznes-forumun türk iş adamlarını Azərbaycanın aqrar sektoruna cəlb etmək...
- reklam -