Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su...
“Bakı Fond Birjası” üzvlərini mükafatlandıracaq
“Bakı Fond Birjası” QSC (BFB) qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması istiqamətində son illərdə davamlı tədbirlər həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, mütəşəkkil qiymətli kağızlar bazarının stabil inkişafını təmin etmək, korporativ qiymətli kağızlar sektorunu...
Ötən ay SOCAR Ukraynaya 2,3 min ton bitum ixrac edib
Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 2,3 min ton bitum ixrac edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Məlumata görə, bütün həcmlərin tədarükü “Kantarell Ukrayna” şirkəti tərəfindən dəniz yolu ilə həyata keçilirilib.
Bildirilir...
Ceyhan terminalı ilə ilin əvvəlindən 53 milyon bareldən çox AÇG nefti yola salınıb
Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,624 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 733 tanker yola salınıb.
2021-ci ilin birinci rübündə Ceyhan neft...
Qarabağda bərpa proseslərini “Pasha Bank” da maliyyələşdirəcək
"Azərbaycanın 30 ildən sonra işğaldan azad edilən əraziləri – infrastrukturdan yollara, xəstəxanalara qədər tam olaraq yenidən qurulacaq. Burada aparılacaq bərpa işlərində Türkiyənin podratçı şirkətləri aparıcı rol oynayacaqlar".
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi...
“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən, tərkibi yenidən formalaşdırılmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının bu il üzrə ilk iclası keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda...
Prezident İlham Əliyev Türkiyənin ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ruhsar Pekcan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev də Rəcəb Tayyib...
Prezident İlham Əliyev Dünya Bankının regional direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.
Hökumət elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik etdi
Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda deyilir ki, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud...
Neftçalada bu il 6 min hektardan çox sahədə pambıq əkiləcək
Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada uğurla icra edilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 23 min 41 ton məhsul istehsal edən rayon pambıqçıları bu mövsüm istehsalı 25...