Azərbaycanlılar ötən il videooyun bazarında 85 milyon dollar xərcləyiblər

Azərbaycan videooyun bazarının həcmi üzrə dünya ölkələri reytinqində 61-ci yeri tutub. "Report" xəbər verir ki, bunu "Newzoo" analitik şirkətinin məlumatları təsdiqləyir. Məlumatlara əsasən, 8 milyon nəfəri internetdən fəal şəkildə istifadə edən Azərbaycan əhalisi 2018-ci ildə videooyun bazarında ümumilikdə 85 milyon dollar xərcləyib. 2018-ci il üzrə reytinqin ilk üç pilləsində Çin (34,4...

Azərbaycanda dövlət qurumlarının informasiya sistemlərinin bir məkanda mərkəzləşməsi prosesi gedir

“Hazırda “Hökumət buludu”nun yaradılması istiqamətində işlər aparılır və konsepsiyası hazırlanır. Sənəd hazırda son, yəni imzalanma mərhələsindədir". Bunu “Report”a açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, “Hökumət buludu”nun məqsədi ondan ibarətdir ki, dövlət qurumları özlərində data infrastrukturu...

Azərbaycanda kibertəhlükəsizlik məqsədi ilə yeni xidmət istifadəyə verilib

Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) "Yoluxmuş IP" adlı yeni xidmətini internet istifadəçilərinin ixtiyarına verib. “Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən "Kibertəhlükəsizlik: Bizim ortaq məsuliyyətimiz" adlı forumda çıxış edən XDMX-nin nümayəndəsi Tural Məmmədovməlumat verib. Onun sözlərinə görə, yeni xidmət istifadəçilərə bir...

Kibertəhlükəsizlik həlləri üzrə beynəlxalq seminar öz işinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 11 mart tarixində “Microsoft” şirkəti tərəfindən “Kibertəhlükəsizlik həlləri üzrə seminar” keçirilib. Seminarın məqsədi kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin maarifləndirmə səviyyəsinin artırılması və “Microsoft”un qabaqcıl bulud həlləri vasitəsi...

Ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" keçiriləcək. "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində aidiyyəti...

“az” domen adlarının qeydiyyatı və istifadəsi qaydaları təsdiqlənib

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 900-VQD nömrəli...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiqlənib

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” təsdiq edilib. “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidləri qiymətləndirir, informasiya təhlükəsizliyinə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, təsirləri və vura biləcəyi zərər ilə bağlı mütəmadi təhlillər aparır,...

Hazırda Azərbaycanın dövlət qurumlarına “Microsoft”un lisenziyaları paylanır

“Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması prosesi artıq başlayıb. Bununla əlaqədar olaraq ötən ilin iyul ayında “Microsoft” və Azərbaycan hökuməti arasında müqavilə imzalanıb”. Bunu “Report”a “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov deyib. S.Həşimovun sözlərinə görə, hazırda lisenziyalar dövlət qurumlarına paylanır: “Operator...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda 2019-cu il üzrə güzəştli kredit, qrant və investisiya fəaliyyəti istiqamətləri üzrə maliyyələşmə və müvəkkil banklarla...

14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür

Azərbaycanda televiziyanın yaranmasından 63 il ötür. AZƏRTAC xəbər verir ki, Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 63 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. 1996-cı ildə istismara verilən...
- reklam -